UEFA Çempionlar Liqasının topu ictimaiyyətə təqdim olunub

A- A A+

Futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümündə istifadə olunacaq top ictimaiyyətə təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi qurumun saytına istinadla xəbər verir ki, “Adidas” şirkətinə məxsus olan “Finale 20” adlı topun üzərində qırmızı və göy rənglər yer alıb. Top ilk dəfə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu həftə keçiriləcək oyunlarda istifadə olunacaq.

Turnirin qrup mərhələsinin oyunları oktyabrın 20-də, final görüşü isə 2021-ci ilin mayın 29-da İstanbulda oynanılacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” sentyabrın 16-da “AEK Arena”da Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: