Türkiyənin “Beşiktaş” futbol klubu növbəti transferini həyata keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Josef de Souzanı heyətinə qatıb. Braziliyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, J.Souzanın sonuncu klubu Səudiyyə Ərəbistanının “Al-Ahli” klubu olub.