“Qalatasaray” klubu “Sportinq”in yarımmüdafiəçisi ilə razılığa gəlib

A- A A+

Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirir.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Sportinq”in 22 yaşlı futbolçusu İdrissa Dumbiya ilə razılaşıb. Superliqa klubunun bu keçid üçün həm Lissabon təmsilçisi, həm də yarımmüdafiəçinin özü ilə anlaşdığı bildirilib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”–“Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: