“Qalatasaray” klubu “Neftçi” ilə oyun öncəsi cərimələnib

A- A A+

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubunun qonağı olacaq Türkiyənin “Qalatasaray” komandası bu oyundan əvvəl cərimələnib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Qalatasaray” klubunu 24 min türk lirəsi məbləğində cəzalandırıb. Buna İstanbul təmsilçisinin hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub. Belə ki, bu hal iki dəfə baş verib. İlk qayda pozuntusundan sonra TFF “sarı-qırmızılar”a xəbərdarlıq etsə də, bu hal təkrarlandığı üçün klubu cərimələyib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: