Polşanın Krakov şəhərində 2023-cü ildə keçiriləcək Avropa Oyunlarının ilkin proqramına 24 idman növü daxil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, oyunlarda kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, trampilindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma idman növləri üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci Avropa Oyunları isə ötən il Belarusun paytaxtı Minskdə təşkil edilib. Üçüncü Avropa Oyunlarının isə 2023-cü il iyunun 9-dan 24-dək keçirilməsi nəzərdə tutulub.