“Qarabağ” - “Molde” oyunda əsas vaxtında hesab açılmayıb

430

Fasilədən sonra da “Qarabağ” klubu üstün oyun nümayiş etdirib. Buna baxmayaraq, hesab dəyişməyib. Reqlamentə əsasən qalibi müəyyən etmək üçün hərəsi 15 dəqiqə olmaqla iki hissə oynanılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk hissə komandamızın üstünlüyü ilə davam edib. Ağdamlıların qol vurmaq şansı olsa da, hesabı aça bilməyiblər.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: