UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Neftçi"-“Qalatasaray” oyununun birinci hissəsi başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyuna daha fəal başlayan rəqib komanda istəyinə matçın 19-cu dəqiqəsində çatıb. Belə ki, Mbaye Diaqne "Qalatasaray"ı hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə İstanbul təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 0:1.
Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edir. Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilir.
Bu qarşılaşmanın qalibi növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) görüşündə üstün olan tərəflə üz-üzə gələcək. “Neftçi” I təsnifat mərhələsində Makedoniyanın “Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. “Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.