İtaliyanın "Yuventus" futbol klubu hücumçusu Qonzalo İquainlə yolları ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, 32 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İquain 2016-cı ildə 90 milyon avroya "Napoli"dən Turin təmsilçisinə transfer olunub.
Argentinalı oyunçunun karyerasını ABŞ-ın "İnter Mayami" klubunda davam etdirəcəyi gözlənilir.