Dünən futbol üzrə Türkiyə çempionatının ikinci turunun birinci qarşılaşmasında "Yeni Malatyaspor" doğma meydanda "Göztəpə" ilə üz-üzə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə klublar hər biri bir qol vurmaqla heç-heçə ediblər.
Beləliklə, Türkiyə çempionatının ikinci turunun birinci qarşılaşmasında qalib müəyənləşməyib – 1:1.
Turun digər oyunları aşağıdakılardır:
"Gənclərbirliyi"-"Konyaspor"
"Dənizlispor"- "Trabzonspor"
"Alanyaspor"- "Kayserispor"
"Beşiktaş"- "Antalyaspor"
"Ərzurumspor"- "Sivasspor"
"Kasımpaşa"-"Rizəspor"
"Qaziantep"-"Fatih Karagümrük"
"Başakşəhər"-"Qalatasaray"
"Fənərbağça"-"Hatayspor".
Qeyd edək ki, yeni mövsümdə superliqada 21 komanda yarışacaq. İkinci turda "Ankaragücü" istirahət edir.