Futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turunun təqvimi açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura sentyabrın 25-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu ilə start veriləcək. Oyun saat 19:00-da başlayacaq.
Sentyabrın 26-da “ASCO Arena”da keçiriləcək “Səbail” – “Sabah” matçı saat 18:00-da başlayacaq. Həmin gün “ASK Arena”da baş tutacaq “Keşlə” – “Zirə” matçı isə saat 20:15-də start götürəcək.
Turun sonuncu oyunu sentyabrın 27-də “Neftçi” və “Qəbələ” komandaları arasında baş tutacaq. “Dalğa Arena”da təşkil olunacaq görüşdə hakimin start fiti saat 19:00-da səslənəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
İki turdan sonra turnir cədvəlinə 4 xalla “Qarabağ”, “Keşlə” və “Zirə” klubları başçılıq edir. Üç xalı olan “Sabah”, “Sumqayıt” və “Zirə” dördüncü və altıncı yerləri bölüşürlər. Aktivində bir xal olan “Qəbələ” yeddinci yerdədir. Xalı olmayan “Səbail” sonuncu – səkkizinci yerdə qərarlaşıb.