Türkiyənin "Trabzonspor" futbol klubu növbəti transferini reallaşdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, Türkiyə təmsilçisi "Çelsi"nin futbolçusu Lyuis Beykeri icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. L.Beyker yeni klubunda bir mövsüm üçün 700 min avro pul qazanacaq.
Qeyd edək ki, karyerası ərzində İngiltərədə "Lids Yunayted", "Midlsbro" və Almaniyanın "Fortuna Düsseldorf" klublarında oynayan futbolçu Niderlandın “Vitesse” komandasında 64 görüşdə 15 qol vurub.