Almaniya "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Tiaqo Alkantaranın İngiltərənin "Liverpul" komandasına keçidi rəsmiləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.
Britaniya mətbuatı "Liverpul"un bu transfer üçün 30 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, Alkantara ötən mövsüm Bundesliqada 24 matçda 3 qol vurub.