Azərbaycan şahmatçılarının da mübarizə apardıqları onlayn Avropa çempionatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, üç turdan sonra 18 yaşlı şahmatçılarımız arasında ən yüksək nəticəni Abdulla Qədimbəyli göstərib. O, 2,5 xalla 7-11-ci yerləri bölüşür.
On altı yaşadək şahmatçıların yarışında təmsilçimiz Xəzər Babazadə, on iki yaşlıların mübarizəsində Cahandar Azadəliyev maksimum xalla liderlik edirlər.
Qeyd edək ki, qitə birinciliyində 12, 14, 16 və 18 yaşadək şahmatçılar yarışırlar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Çempionata sentyabrın 20-də yekun vurulacaq.