Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb - FOTOLAR

297

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər və şahmatçı  şagirdlər arasında   rayon birinciliyi keçirilib.

Yarış  rayon Təhsil şöbəsi,  Gənclər və İdman  İdarəsinin və Şahmat Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə reallaşıb. Rayonun şahmat məktəbində baş tutan görüş olimpiya sistemi üzrə keçirilib. Turnirdə 10 məşqçi müəllim və 10 ümumtəhsil məktəblərinin şahmatçı şagirdləri  iştirak edib. Yekun nəticələrinə əsasən müəllimlər arasından Qələndar Əliyev I, şagirdlər arasından isə Xaliq Cəfərov II, Sənan Rzalı isə III yerə layiq görülüblər.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıb.

Əli Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: