İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə böyük hesabla qələbə qazanıb

A- A A+

Sentyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasında II turun bir oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın iddialı klublarından sayılan “Tottenhem” səfərdə “Southemton” komandasının qonağı olub. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Son Xın-Min (4), Hari Keyn fərqləniblər. “Southemton”un hər iki qolunu isə Denni İnqs vurub.

Premyer Liqanın birinci turunda “Southemton” səfərdə “Kristal Palas”a, “Tottenhem” isə öz meydanında “Everton”a 1:0 hesabı ilə məğlub olmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: