Türkiyə Superliqası: “Qalatasaray” ardıcıl ikinci qələbəsini qazanıb

A- A A+

Sentyabrın 20-də futbol üzrə Türkiyə çempionatının ikinci turunun mərkəzi qarşılaşmasında “Başakşəhər” doğma meydanda “Qalatasaray”ı qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə qonaqlar iki cavabsız qolla qalib gəliblər. Rademel Falkao və Yunis Belhanda fərqləniblər.

İkinci tura “Fənərbağça”–“Hatayspor” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. İkinci turda “Ankaragücü” istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: