Sentyabrın 20-də futbol üzrə İspaniya La Liqasının ikinci turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Real Madrid” klubu "Real Sosyedad"ın qonağı olub. Görüş heç-heçə yekunlaşıb - 0:0.
Bu, "Kral klubu"nun cari çempionatda ilk oyunu olub. Birinci turun "Xetafe" ilə ev oyunu təxirə salınıb.
Turun digər oyunları belə nəticələnib:
"Vilyarreal" - "Eybar" - 2:1;
"Xetafe" - "Osasuna" - 1:0;
"Selta" - "Valensiya" - 2:1;
"Ueska" - "Kadis" - 0:2;
"Qranada" - "Alaves" - 2:1;
"Betis" - "Valyadolid" - 2:0.