İtaliya A Seriyası: “Yuventus”dan yeni mövsümə uğurlu start

A- A A+

Sentyabrın 20-də futbol üzrə İtaliya A Seriyasının birinci turunun növbəti oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son çempion “Yuventus” öz meydanında “Sampdoriya” klubunu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 13-cü dəqiqədə Deyan Kuluşevski açıb. 79-cu dəqiqədə Leonardo Bonuççi fərqi artırıb. 88-ci dəqiqədə isə Kriştiano Ronaldo oyunda son nöqtəni qoyub.

Turun əvvəlki görüşləri belə nəticələnib:

"Fiorentina" - "Torino" - 1:0;

"Verona" - "Roma" - 0:0;

"Parma" - "Napoli" - 0:2;

"Cenoa" - "Krotone" - 4:1;

"Sassuolo" - "Kalyari" - 1:1.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Milan" - "Bolonya" matçı ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: