Naxçıvanda futbol məşqçiləri üçün “C” kateqoriyalı məşqçi kurslarına start verilib - FOTOLAR

A- A A+

İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında futbol məşqçiləri üçün “C” kateqoriyalı məşqçi kurslarına start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə keçirdiyi kursda muxtar respublikanın 15 gənc məşqçisi iştirak edir.

Şərur Olimpiya İdman Kompleksində başlayan kurs müəyyən fasilələrlə 15 gün davam edəcək. Kursun sonunda hər bir məşqçidən imtahan götürüləcək və bu imtahanları müvəffəqiyyətlə başa vuran məşqçilərə “C” kateqoriyalı məşqçi lisenziyaları veriləcək.

Qeyd edək ki, kurs Bakı şəhərindən dəvət olunmuş AFFA-nın məşqçilərinin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov, təlimatçılar Osman Rəhimov və İlham Əzizzadə tərəfindən aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: