Sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşularaq rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.