FİFA 2018-ci il dünya çempionatının Xorvatiya və İngiltərə komandaları arasında oynanılacaq yarımfinal matçının hakimlər briqadasını təyin edib.
NUHÇIXAN xəbər verir ki, iyulun 11-də Moskvanın "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da başlanacaq.
Qarşılaşmanı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona yan xətt hakimləri Bahəttin Duran və Tarık Onqun, həmçinin dördüncü hakim – hollandiyalı Byorn Kuypers köməklik edəcək.