Sentyabrın 25-də “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Polşanın “Legiya” klubudur. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovonın “Drita” komandasını üstələyib - 2:0. Hər iki qol birinci hissədə vurulub. Pavel Vşolek 24-cü, Tomaş Pekhart isə 43-cü dəqiqədə fərqlənib. “Voyska Polskoqo” stadionunda təşkil olunmuş qarşılaşmanı türkiyəli referi Halis Özkahya idarə edib.
“Legiya” – “Qarabağ” görüşü də elə bu arenada keçiriləcək. UEFA Avropa Liqasında pley-off mərhələsi də bir oyundan ibarət olacaq. Bu səbəbdən, oktyabrın 1-də təşkil olunacaq qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək.