Türkiyənin “Beşiktaş” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirir.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul təmsilçsi “Portu”dan Vensan Abubakarı transfer etməyə yaxındır. 28 yaşlı hücumçunun “Beşiktaş” üçün tibbi müayinədən keçdiyi bildirilib. Kamerunlu futbolçu ilə 1+1 illik müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, Abubakar 2016-2017-ci il mövsümündə də “Beşiktaş”da çıxış edib.