Sentyabrın 25-də futbol üzrə Türkiyə çempionatının üçüncü turunun ilk qarşılaşması keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Fatih Karagümrük” öz meydanında son çempion “Başakşəhər”lə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Enzo Roko və Erik Sabo fərqləniblər.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Üçüncü turda “Gənclərbirliyi” istirahət edir.