NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən “Görüş yeri” kafesində gənclərlə birgə görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin müzakirəsi keçirilib.
Görüşdə “Anamın kitabı” pyesinin mövzusu və orijinallığı barədə iştirakçılara məlumat verilib. Qeyd edilib ki, bu əsər ədibin “Oxunması zəruri olan kitablar” siyahısına salınan “Hekayələr” toplusunda yer alıb. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Müzakirə zamanı gəncləri maraqlandıran suallar da cavablandırılıb.
Xosrov İbrahimov