Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ilk yarımfinal mərhələsində Fransa-Belçika oyunu başlayıb.
NUHÇIXAN xəbər verir ki, “Sankt Peterburq Arena” stadionunda keçirilən görüşdə Fransa millisinin heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafayel Varan, Benjamen Pavar, Lüka Ernandes, Pol Pogba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.
Belçika millisinin start heyətində isə Tibo Kurtua, Tobi Alderveyreld, Vensan Kompani, Yan Vertonqer, Aksel Vitsel, Musa Dembele, Maruan Fellaini, Kevin De Brüyne, Naser Şadli, Eden Hazard və Romelu Lukaku yer alıblar.
Görüşü uruqvaylı Andres Kunya idarə edir. Qarşılaşma İdman Azərbaycan Televiziyasında canlı yayımlanır.
Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə beşqat dünya çempionu Braziliya millisini 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.