Türkiyə Atletika Federasiyası sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun əks-hücuma keçərək işğal altındakı ərazilərdə apardığı hərbi əməliyyatlar barədə paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, federasiyanın “Instagram” səhifəsindəki paylaşımında “Bir millət, iki dövlət. Qardaşlarımızın yanındayıq!” ifadələri yer alıb.