İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ilk yarımfinal mərhələsinin oyunu keçirilib. Meydana Fransa və Belçika yığmaları çıxıblar.
NUHÇIXAN xəbər verir ki, “Sankt Peterburq Arena” stadionunda keçirilən görüşdə Fransa millisi Belçika yığmasını minimal hesabla məğlub edib (1:0).
Mundialın favoritləri sayılan hər iki komandanın qarşılaşmasında ilk dəqiqələrdən hər iki komanda bir neçə təhlükəli hüçümlar yaradıb. Buna baxmayaraq ilk hissədə hesab açılmayıb.
Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə hesabı Fransızlar açıb. Antuan Qrizmanın künc ötürməsini Samuel Umtiti dəqiq baş zərbə ilə tamamlayıb - 1:0.
Beləliklə, Fransa millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Fransızların final mərhələsindəki rəqibi iyulun 11-də keçiriləcək İngiltərə-Xorvatiya görüşündən sonra bilinəcək.
Fransa millisi tarixində üçüncü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.