Avropa Boks Konfederasiyası qitə çempionatlarının yeni tarixini açıqlayıb

A- A A+

Avropa Boks Konfederasiyası 2020-2021-ci illərdə keçiriləcək qitə çempionatlarının tarixini təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qurum bu ilin sonunda 3 qitəmiqyaslı yarış təşkil edəcək.

Koronavirus pandemiyası səbəbindən yaranan fasilədən sonra ilk turnir gənclərin Avropa çempionatı olacaq. Monteneqronun Budva şəhərində baş tutacaq yarış noyabrın 11-23-də keçiriləcək. Çempionatda 2002-2003-cü il təvəllüdlü oğlan və qızlar mübarizə aparacaqlar.

Bolqarıstanın paytaxtı Sofiya isə 2004-2005-ci il təvəllüdlü yeniyetmələrin Avropa çempionatına ev sahibliyi edəcək. Bu yarış noyabrın 23-dən dekabrın 3-dək keçiriləcək. Bu il son qitə çempionatı İtaliyanın Olbiya şəhərində təşkil olunacaq. Dekabrın 8-18-də Avropanın 22 yaşadək boksçuları rinqə çıxacaqlar.

Gələn il müxtəlif yaş qrupları üzrə 4 qitə çempionatı planlaşdırılıb. U-22-lərin turniri bu dəfə martda təşkil olunacaq. Bu yarış iki Olimpiya Təsnifat Turnirinin arasında qalan vaxtda keçiriləcək. Yeniyetmələrin Avropa birinciliyi iyulda Gürcüstanın paytaxtı Tbilisidə, məktəbli oğlan və qızların turniri avqustda Şimali İrlandiyanın paytaxtı Belfastda baş tutacaq. Gənclərin qitə çempionatına isə Polşanın Kelçe şəhəri ev sahibliyi edəcək. Öncədən aprelə nəzərdə tutulan yarış sentyabr-oktyabr aylarında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: