UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, heyətdə qapıçılar - Daniyel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç (“Vulverhempton”, İngiltərə), müdafiəçilər - Stefan Saviç (“Atletiko”, İspaniya), Marko Şimiç (“Liepaya”, Latviya), Zarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momkilo Raspopoviç (“Riyeka”, Xorvatiya), yarımmüdafiəçilər - Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (“Spal”, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard”, Belçika), Marko Bakiç, Deni Hoçko (hər ikisi “Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norrçepinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə), hücumçular - Fatos Beçiray (“Visla”, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya) və Dino İslamoviç (“Rusenborq, Norveç) yer alıblar.
Monteneqro-Azərbaycan oyunu oktyabrın 10-da Podqoritsa şəhərində keçiriləcək.