Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək

A- A A+

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 48 komanda 12 qrupa bölünəcək.

Ağdamın “Qarabağ” klubu ikinci səbətdə yer alacaq. Bu isə Ağdam komandasının özündən aşağı reytinqli iki komanda ilə eyni qrupa düşəcəyi anlamına gəlir.

Səbətlərin tərkibi:

1-ci səbət: "Arsenal" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Roma" (İtaliya), "Napoli" (İtaliya), "Benfika" (Portuqaliya), "Bayer" (Leverkuzen, Almaniya), "Vilyarreal" (İspaniya), MOİK (Moskva, Rusiya), "Braqa" (Portuqaliya), "Gent" (Belçika), PSV (Eyndhoven, Niderland), "Seltik" (Şotlandiya),

2-ci səbət: "Dinamo" (Zaqreb, Xorvatiya), "Sparta" (Praqa, Çexiya), "Slaviya" (Praqa, Çexiya), "Lüdoqorets" (Bolqarıstan), "Yanq Boyz" (İsveçrə), "Srvena Zvezda" (Serbiya), "Rapid" (Vyana, Avstriya), "Lester" (İngiltərə), PAOK (Yunanıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Standard" (Lyej, Belçika), "Real Sosyedad" (İspaniya),

3-cü səbət: "Qranada" (İspaniya), "Milan" (İtaliya), AZ (Alkmaar, Niderland), "Feyenoord" (Niderland), AEK (Afina, Yunanıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Reyncers" (Şotlandiya), "Molde" (Norveç), "Hoffenhaym" (Almaniya), LASK (Avstriya), "Hapoel" (Beer-Şeva, İsrail), "Zarya" (Luqansk, Ukrayna),

4-cü səbət: ÇFR (Kluj, Rumıniya), "Lill" (Fransa), "Nitsa" (Fransa), "Riyeka" (Xorvatiya), "Dandolk" (İrlandiya), "Slovan" (Liberets, Slovakiya), "Antverpen" (Belçika), "Lex" (Poznan, Polşa), "Sivasspor" (Türkiyə), "Volfsberq" (Avstriya), "Omoniya" (Kipr), MOİK (Sofiya, Bolqarıstan).

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: