UEFA Avropa Liqasında 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi UEFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın "İnter" futbol klubunun hücumçusu Romelu Lukaku ötən mövsümün ən yaxşısı seçilib. O, digər namizədlər Bruno Fernandeş ("Mançester Yunayted") və Ever Baneqanı ("Sevilya") qabaqlayıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2019-2020-ci il mövsümündə turnirin pley-off mərhələsindəki 6 oyunda 7 qol vurub, 2 qolun ötürməsini verib.