Türkiyə Superliqası: "Trabzonspor" səfərdə xal itirib

A- A A+

Oktyabrın 2-də futbol üzrə Türkiyə çempionatının dördüncü turunun birinci qarşılaşmasında "Trabzonspor" səfərdə "Qaziantep"in qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücum şəraitində keçən görüşdə tərəflər hər biri bir dəfə fərqlənməyi bacarıblar. Trabzon təmsilçisinin qolunu Qaston Qampi vurub. Meydan sahiblərinin heyətində isə Aleksandru Maksim fərqlənib.

Günün digər matçında isə paytaxt təmsilçisi olan "Ankaragücü" doğma meydanda "Kayserispor"a minimal hesabla uduzub.

Turun digər oyunları aşağıdakılardır:

"Yeni Malatyaspor"-"Antalyaspor"

"Ərzurumspor"-"Rizəspor"

"Başakşəhər"-"Göztəpə"

"Fənərbağça"-"Fatih Karagümrük"

"Dənizlispor"-"Konyaspor"

"Alanyaspor"-"Hatayspor"

"Beşiktaş"-"Gənclərbirliyi"

"Kasımpaşa"-"Qalatasaray"

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Dördüncü turda "Sivasspor" istirahət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: