İyulun 11-də Bakı vaxtı ilə saat 22:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.
NUHÇIXAN xəbər verir ki, “Stojice” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.
“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.
“Olimpiya”nın ilk on birliyində isə meydana Alyaj Ivaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas Issa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxacaqlar.