Monteneqro-Azərbaycan oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək

A- A A+

Futbol üzrə Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Monteneqro-Azərbaycan oyununun hakimləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burgos Bengoeçea olacaq. Ona Roberto del Palomar və Pau Cebrian Devis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirəcək.

Qeyd edək ki, Monteneqro-Azərbaycan oyunu oktyabrın 10-də Podqoritsa şəhərində keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: