İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyununda Xorvatiya və İngiltərə milliləri qarşılaşırlar.
NUHÇIXAN xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda keçirilən matçda Xorvatiya yığmasının start heyətində meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mancukiç çıxıblar.
İngiltərə millisinin ilk onbirliyində isə Cordan Pikford, Harri Maquir, Con Stouns, Kayl Uolker, Cordan Henderson, Cess Linqard, Dele Alli, Eşli Yanq, Kieran Tripper, Harri Keyn və Rahim Sterlinq yer alıblar.
Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edir.