Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir finalçı müəyyənləşib.
NUHÇIXAN-ın məlumatına görə, Xorvatiya yığması tarixində ilk dəfə həlledici görüşə vəsiqə qazanıb.
Zlatko Daliçin baş məşqçi olduğu komanda yarımfinalda İngiltərəni üstələyib. Hərçənd, hesabı 5-ci dəqiqədə britaniyalılar açıb. Kiran Trippye cərimə zərbəsindən topu tora göndərib. Lakin 68-ci dəqiqədə İvan Rakitiç bərabərlik qolunu vurub. Nəticədə əsas vaxt 1:1 hesabı ilə yekunlaşıb. Görüşün taleyi isə əlavə vaxtda həll olunub. 109-cu dəqiqədə Mario Mancukiç qələbə topunu vurub.
Beləliklə, iyulun 15-də keçiriləcək final görüşündə Xorvatiya yığması Fransa ilə üz-üzə gələcək. İyulun 14-də isə İngiltərə və Belçika milliləri 3-cü yer uğrunda görüşə çıxacaqlar.