Monteneqro – Azərbaycan görüşündən öncə keçiriləcək mətbuat konfransının vaxtı müəyyənləşib

A- A A+

UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Monteneqro - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 9-da oyundan öncə keçiriləcək mətbuat konfransı Bakı vaxtı ilə saat 16:30-da, açıq məşq isə 17:30-da baş tutacaq.

Qeyd edək ki, Monteneqro – Azərbaycan matçı oktyabrın 10-da saat 17:00-da Podqoritsa şəhərində keçiriləcək. Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burqos Benqoeçea olacaq. Ona Roberto del Palomar və Pau Cebrian Devis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: