Beynəlxalq Futbol Federasiyası (FIFA) Xorvatiya yığmasının 2018-ci ilin futbol üzrə dünya çempionatının finalına çıxmasına görə bu ölkənin Futbol İttifaqına azı 28 milyon dollar ayıracaq.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, FİFA-nın ümumi mükafat fondunun bölüşdürülməsi sxemi ötən il 400 milyon dollar təsdiq edilib.
Qeyd edək ki, Xorvatiya yığması tarixində ilk dəfə həlledici görüşə vəsiqə qazanıb. Zlatko Daliçin baş məşqçi olduğu komanda yarımfinalda İngiltərəni üstələyib.
Bildirilir ki, turnirin hər bir iştirakçısı 8 milyon dollar mükafat alacaq.
Komandalar qrupdan çıxmaq üçün mundialın 1/8 finalında 12 milyon dollar qazanıblar. Futbol təşkilatları, o cümlədən komandası ¼-ədək mübarizə aparan Rusiya 16 milyon dollar mükafat alacaq.