Neymar Messinin rekordunu qırıb

A- A A+

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin rekordunu qırıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 28 yaşlı hücumçu buna Braziliya millisinin heyətində nail olub. Forvard 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib.

Bu, son üç mundialın seçmə mərhələsində ən yaxşı göstəricidir. Əvvəlki rekordu 2011-ci ildə Kolumbiyaya qarşı Argentina yığmasının heyətində Lionel Messi (15 uğurluq driblinq) gerçəkləşdirib.

Qeyd edək ki, Braziliya Boliviyanı 5:0 hesabı ilə üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: