Oktyabrın 12-də UEFA Millətlər Liqasında III tura yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikinci oyun günündə A, B, və C liqalarında 20 qarşılaşma keçirilib.
Günün daha böyük maraqla gözlənilən qarşılaşmasında Türkiyə seçməsi səfərdə Rusiya yığmasının qonağı olub.
Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı ruslar 28-ci dəqiqə açıb. Anton Mirançuk fərqlənib.
Fasilədən sonra “ay ulduzlar” hesaba tarazlıq gətirib. Matçın 62-ci dəqiqəsində Kenan Karaman adını tabloya yazdırıb.
Polşa - İtaliya və Fransa - Portuqaliya görüşlərində isə qapılara qol vurulmayıb.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A Liqası (1-ci qrup)
Bosniya və Herseqovina - Niderland - 0:0;
Polşa - İtaliya - 0:0.
A Liqası (2-ci qrup)
İngiltərə - Belçika - 2:1;
İslandiya - Danimarka - 0:3.
A Liqası (3-cü qrup)
Xorvatiya - İsveç - 2:1;
Fransa - Portuqaliya - 0:0.
B Liqası (1-ci qrup)
Norveç - Rumıniya - 4:0;
Şimali İrlandiya - Avstriya - 0:1.
B Liqası (2-ci qrup)
İsrail - Çexiya - 1:2..
B Liqası (3-cü qrup)
Rusiya - Türkiyə - 1:1;
Serbiya - Macarıstan - 0:1.
B Liqası (4-cü qrup)
İrlandiya - Uels - 0:0;
Finlandiya - Bolqarıstan - 2:0.
C Liqası (2-ci qrup)
Ermənistan - Gürcüstan - 2:2;
Estoniya - Şimali Makedoniya - 3:3.
C Liqası (3-cü qrup)
Yunanıstan - Moldova - 2:0;
Kosovo - Sloveniya - 0:1.
C Liqası (4-cü qrup)
Qazaxıstan - Albaniya - 0:0;
Litva - Belarus - 2:2.