İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə "Twitter" hesabında paylaşım edib.
Almaniya yığmasının sabiq üzvü Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.
Türk əsilli oyunçu "Tək millət, iki dövlət" ifadəsini də paylaşıb.
M.Özil qeyd edib ki, Ermənistan BMT-nin ölkəmizin işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına dair qətnamələrini tamamilə məhəl qoymur.