UEFA Avropa Liqası: “Neftçi” - “Uypeşt” oyunu başlayıb

A- A A+

İyulun 12-də futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” klubu doğma meydanda Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, “Dalğa Arena” stadionunda keçirilən oyunda “Neftçi” klubunun start heyətində Səlahət Ağayev, Kiril Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Soni Murtivar, Rəhman Hacıyev, Qoran Paracki, Dario Frederiko, Namiq Ələsgərov, Baqali Dabo yer alıblar.

“Uypeşt” klubunun heyətində isə Filip Poyoviç, Robert Lutaiski, Miyuşko Boyoviç, Bolaj Benyamin, Burikoviç Cenan, Ceke Benyamin, Boyan Sankoviç, Donat Coter, Daniel Nod, Branko Pauleviç və Şomo Novotnı meydana çıxıblar.

Qeyd edək ki, “Neftçi” klubu “Uypeşt” komandasına qarşı cavab qarşılaşması iyulun 19-da baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: