NUHÇIXAN xəbər verir ki, “Qəbələ” - “Proqres” qarşılaşması qonaqların üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə fəal başlayan “Qəbələ” rəqiblə müqayisədə daha üstün oyun nümayiş etdirib. Görüşün 47-ci dəqiqəsində “Qəbələ”nin heyətində Vojislav Stankoviçin cərimə zərbəsindən vurduğu top dəqiq olmayıb. Matçın 51-ci dəqiqəsində qonaq komanda Mayron De Almeydanın qolu ilə hesabı açıb – 0:1. Oyunun 61-ci dəqiqəsində Olivye Till qəbələlilərin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiqə yerinə yetirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qalan dəqiqələrdə “Qəbələ”nin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 19-da Lüksemburqda oynanılacaq.
“Qəbələ” bu mərhələni keçəcəyi təqdirdə ikinci seçmə mərhələdə “Rabotniçki” (Makedoniya) - “Honved” (Macarıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.