NUHÇIXAN xəbər verir ki, oyunda hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. Bundan doqquz dəqiqə sonra Malta komandasını futbolçusu Leklao hesab arasındakı fərqi ikiyə çatdırıb. İyirmi doqquzuncu dəqiqədə “Keşlə”nin heyətində Sezar Meza Kolli 11 metrlik cərimə zərbəsi ilə fərqi azaldıb. Rəqib komandanın futbolçusu Boyan Kalyeviç 34-cü dəqiqədə “Baltsan”ın üçüncü qolunu vurub.
Görüşdə son nöqtəni isə Matla təmsilçisinin heyətində 55-ci dəqiqədə Kadu qoyub. Beləliklə, ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” komandası “Baltsan” ilə səfər qarşılaşmasında 1:4 hesabı ilə məğlub olub.
Xatırladaq ki, komandalar arasındakı cavab matçı iyulun 19-da Bakıda keçiriləcək.