Sədərək rayon gəncləri Naxçıvan şəhərində yerləşən muzey və tarixi abidələri gəziblər

A- A A+

İlk olaraq Heydər Əliyev Muzeyini ziyarət edən gənclərə  dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini, o cümlədən Naxçıvan dövrünü əks etdirən eksponatlar barədə  məlumat verilib.

NUHÇIXAN xəbər verir ki, ziyarətçilər Naxçıvan Dövlət Xalça Muzeyi, şərq memarlığının şah əsərlərindən olan Mömünə Xatın türbəsi, “Xan sarayı” və «Naxçıvanqala» Tarix-Memarlıq Muzey Kompleksində olublar. Sonda rayon gəncləri Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər. Türbənin içərisində 19-cu əsrə aid topoqrafik xəritə, türbənin XII əsrə aid qalıqları, Azərbaycanın görkəmli rəssamı Bəhruz Kəngərlinin çəkdiyi rəsm əsərləri, rus tədqiqatçıları tərəfindən çəkilmiş şəkillərə maraqla baxıblar.

Ekskursiyanı Sədərək Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və YAP Gənclər Birliyi təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: