"Qalatasaray"ın stadionunda Azərbaycana dəstək şüarları yerləşdirilib - FOTOLAR

A- A A+

Türkiyənin "Qalatasaray" klubu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə Azərbaycana dəstək verib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İstanbul klubunun Superliqanın V turu çərçivəsində bu gün "Alanyaspor"la ev oyunu öncəsi matçın keçiriləcəyi "Türk Telekom Arena"ya iki ölkə bayrağının əks olunduğu müxtəlif pankartlar yerləşdirilib.

Pankartlarda çoxlu şüar yer alıb.

Qeyd edək ki, "Qalatasaray" - "Alanyaspor" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: