Şərur rayon məktəbliləri Ağbulaqda olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin  növbəti qonaqları Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri olub.

Burada olduqları 4 gün ərzində məktəblilər Ağbulağın gözəl təbiəti ilə tanış olublar. Onlar müxtəlif idman və əyləncəli yarışlar keçirib, viktorinalarda iştirak ediblər.

Şagirdlər Şahbuz rayon mədəniyyət evinin kollektivi  tərəfindən hazırlanan konsert proqramını dinləyib, Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı  “Qırmızı papaq” tamaşasına baxıblar.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Yanında Bilik Fondunun təşkil etdiyi yay məktəbində Şərur rayonunun orta ümumtəhsil məktəblərindən 50-yə yaxın şagird iştirak edib.

 Yay məktəbinin növbəti iştirakçıları Naxçıvan Dövlət Universitetinin tələbələri olacaq.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: