Millimizin və "Qarabağ"ın ev oyunları ilə bağlı qərar qəbul olundu

A- A A+

UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq, klub və milli komandaların matçlarının Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.

NUHÇIXAN İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qərar növbəti bildirişədək qüvvədə olacaq.

Təhlükəsizliklə bağlı sentyabrın 27-dən yaranan vəziyyətin inkişafını ətraflı nəzərdən keçirdikdən sonra UEFA hər iki ölkədəki hazırkı şəraitin oyunların təşkili üçün uyğun olmadığı qənaətinə gəlib. Nəticədə AFFA və Ermənistan Futbol Federasiyasından beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri xahiş olunub.

UEFA bəyan edib ki, regiondakı situasiya izləniləcək və İcraiyyə Komitəsinin bugünkü qərarı AVRO-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının cari planlaşdırılmasına təsir göstərməyəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya "Vilyarreal"ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: