Oktyabrın 23-dən 25-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 60 kiloqram çəkidə Kəramət Hüseynov Luka Mxeidze (Fransa), Davud Məmmədsoy Vijay Kumar Yadav (Hindistan), 66 kiloqramda Nicat Şıxəlizadə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibi, Orxan Səfərov İvo Verhorstert (Niderland), 73 kiloqram çəkidə Telman Vəliyev Georgios Azoidis (Yunanıstan), Rüstəm Orucov Anxaya Lavjarqal (Monqolustan), 81 kiloqram çəkidə Murad Fətiyev Gilyerme Şmidt (Braziliya) və Hidayət Heydərov İvaylo İvanovla (Bolqarıstan) qüvvələrini sınayacaqlar.
Ağır çəkilər üzrə - 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev qırğızıstanlı Farux Bulekulov və avstriyalı Conatas Paçer cütünün qalibi, Rüfət İsmayılov braziliyalı Rafael Maçedo, 100 kiloqram çəkidə Elmar Qasımov macarıstanlı Peter Kordeli və Türkiyə təmsilçisi Mert Şişmanlar cütünün qalibi, Zelim Kotsoyev qazaxıstanlı Alibek Serikbayev və monqolustanlı Munqxbayar Battoqtox cütünün qalibi, 100 kiloqramdan yuxarı çəkidə isə Uşangi Kokauri Türkiyə idmançısı Cemal Erdoğan, Camal Feyziyev Bosniya və Herseqovina təmsilçisi Harun Sadikoviç ilə mübarizə aparacaqlar.
Qadınlar arasında keçirilən yarışlarda isə Aişə Qurbanlı Şirin Boukli (Fransa), Leyla Əliyeva Luka Mamira (Macarıstan) ilə 48 kiloqram çəkidə, Gültac Məmmədəliyeva Qal-Od Tserentoqxod (Monqolustan) ilə 52 kiloqram çəkidə güclərini sınayacaqlar.
Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatılacağı turnirdə idmançılar Tokio Olimpiadasına reytinq xalları da qazanacaqlar.